ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi kəskin artıb | Banco.az

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi ötən 15 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi investorların davamlı inflyasiya və sərt pul siyasəti ilə bağlı narahatlıqları gözləniləndən daha uzun müddət dəyərləndirməsi ilə çərşənbə günü yüksəlməklə 15 ilin maksimumuna çatıb.

Belə ki, 10 illik xəzinə istiqrazlarının faizi 5 bənd artaraq 4,612 faiz olub. 

2 illik xəzinə istiqrazlarının faizi də 6 bənd artaraq 5,139 faizə çatıb.

Qeyd edək ki, Ticarət Nazirliyinin çərşənbə günü səhər verdiyi məlumata görə, uzunmüddətli mal sifarişləri avqust ayında 0.2 faiz artıb ki, bu da Dow Jones sorğusunda iştirak edən iqtisadçılar tərəfindən gözlənilən 0,5 faizlik azalmadan yuxarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et