ABŞ "Huawei" şirkətinə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib | Banco.az

ABŞ "Huawei" şirkətinə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ “Huawei” şirkətinə çip ixracı üçün verdiyi bəzi lisenziyaları ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ hökuməti çərşənbə axşamı günü açıqlama verib.

Açıqlamada şirkətlərin Çin telekommunikasiya avadanlıqları istehsalçısı “Huawei Technologies”ə məhsul göndərməsinə icazə verən bəzi lisenziyaları ləğv etdiyi bildirilib.

Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, çərşənbə axşamı bəzi şirkətlərə lisenziyalarının dərhal ləğv edildiyi barədə məlumat verilib.

“Biz “Huawei”ə ixrac üçün müəyyən lisenziyaları ləğv etdik”, deyən Ticarət Nazirliyi hansı lisenziyaları geri götürdüyünü açıqlamaqdan imtina edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hansı lisenziyaların ləğv edilməsindən asılı olaraq, bu addım noutbuklarını gücləndirmək üçün hələ də “Intel” çiplərindən istifadə edən “Huawei”ə və şirkətlə iş aparan ABŞ təchizatçılarına da zərər verə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et