ABŞ heyəti ticarət danışıqları üçün Çinə gedəcək | Banco.az

ABŞ heyəti ticarət danışıqları üçün Çinə gedəcək

Amerikalı nümayəndələrin gələn həftə ticarət danışıqları üçün Çinə səfər edəcəyi bildirilib.

Həmçinin oxu: “Çin ilə “böyük” ticarət anlaşması əldə etməliyik” – Donald Tramp

Banco.az xarici mətbuata istinadla bildirir ki, hər iki tərəfin də təsdiqlədiyi səfər ötən ay ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Şi Tsinpinin ticarət gərginliyinə dair 90 günlük atəşkəslə bağlı razılığa gəlməsindən sonra reallaşacaq ilk üz-üzə müzakirə olacaq.

ABŞ Ticarət Nazirliyindən edilən açıqlamaya görə, Amerikanın Ticarət Təmsilçisi Jeffrey Gerrish nümayəndə heyətinə başçılıq edəcək. Açıqlamada iki tərəfin rəhbərlərinin Argentinada razılığa gəldikləri fikir birliyinin necə reallaşacağına dair müzakirələrin həyata keçiriləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən həftə ABŞ prezidenti Donald Tramp Twitter vasitəsilə etdiyi açıqlamada Çin prezidenti Şi Tsinpin ilə telefon danışığı həyata keçirdiklərini və ticarət gərginliyinə dair ciddi irəliləyiş əldə etdiklərini bildirmişdi.

Rəsmi Pekinin açıqlamasına görə isə, daxili istehlak xərclərini azaltmaq və iqtisadiyyatlarını genişlətmək səylərinin bir hissəsi olaraq 1 Yanvar tarixindən etibarən qüvvəyə minəcək yeni qaydaya əsasən 700-dən çox məhsul üçün idxal vergilərinin azaldılacağı və gömrük vergilərinin aşağı salınacağı bildirilib.

Həmçinin oxu: Amerikada kimlər vətəndaşlıq hüququndan məhrum ediləcək? – Yeni Qərar

Tamara Mustafayeva, Banco.az