ABŞ "Green Kart"a qəbulu dayandırdı | Banco.az

ABŞ "Green Kart"a qəbulu dayandırdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ "Green Kart"a qəbulu dayandırdı.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial media hesabında  məlumat verib.

Katib açıqlamasında bildirib ki, Prezident Trampın göstərişi ilə  ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə DV-1 proqramını dayandırmağı tapşırdım:

"Çünki amerikalılar artıq bu zərərli proqramdan zərər görməsinlər".

Qeyd edək ki, bu qərar Braun Universitetindəki atışmada şübhəlinin "yaşıl kart" lotereyası proqramı vasitəsilə ABŞ-a daxil olmasından sonra verilib.