ABŞ-dən Azərbaycana pul köçürmələri 52%-dən çox azalıb | Banco.az

ABŞ-dən Azərbaycana pul köçürmələri 52%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən 2023-cü ildə Azərbaycana 73 milyon 806 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2022-ci illə müqayisədə 52,5% (81 milyon 536 min dollar) azdır. Belə ki, 2022-ci ildə göndərilən pul baratlarının həcmi 155 milyon 342 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,5% olub. 2022-ci ildə bu göstərici 4,3% təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram