ABŞ-də “TikTok” qadağası təsdiqləndi | Banco.az

ABŞ-də “TikTok” qadağası təsdiqləndi

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də “TikTok” sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, “TikTok” qərara etiraz etmək niyyətindədir.

"Biz mübarizəni və hüquqlarımızı müdafiə etməyi dayandırmayacağıq. Sizinlə birlikdə qurduğumuz platformanı qorumaq üçün qanuni mexanizmlərdən istifadə edərək əlimizdən gələni etməyə davam edəcəyik”,- deyə sosial şəbəkənin CEO-su istifadəçilərə videomüraciətində bildirib.

Qeyd edək ki, şirkət ABŞ-də TikTok-un qadağan edilməsinin ölkə Konstitusiyasına söz azadlığını təmin edən Birinci Düzəlişi pozacağını iddia edərək məhkəməyə müraciət edə bilər. Bu yolla “TikTok” sosial şəbəkəsinin sahibi Çin konserni olan “ByteDance”in ən azı potensial bloklamanı gecikdirməsi mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et