ABŞ-dan süni intellekt çiplərinin ixracı üçün yeni tənzimləmə | Banco.az

ABŞ-dan süni intellekt çiplərinin ixracı üçün yeni tənzimləmə

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ administrasiyası süni intellekt çiplərinin ixracını sərtləşdirmək üçün yeni tənzimləmə elan edib.

Banco.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamada süni intellektin həm təhlükəsizlik, həm də iqtisadi güc baxımından sürətlə mərkəzi bir mövqe qazandığına diqqət çəkilib.

ABŞ-ın təhlükəsizliyini və iqtisadi gücünü dəstəkləmək məqsədilə "Süni İntellektin Yayılması ilə Bağlı Müvəqqəti Yekun Qayda"nın elan edildiyi açıqlamada ABŞ texnologiyasının yayılmasının təşviq edildiyi, eyni zamanda narahatlıq yaradan ölkələrə qarşı mühüm addımların atıldığı qeyd olunub. Bu addımlar çərçivəsində həmin ölkələrin inkişaf etmiş süni intellekt sistemlərinə və onları təlim etmək üçün istifadə edilən hesablamalar gücünə çıxışının məhdudlaşdırıldığı bildirilib.

Bəyanatda 18 müttəfiq və tərəfdaş ölkəyə çip satışlarına hər hansı bir məhdudiyyətin tətbiq edilməyəcəyi qeyd olunub. Bu ölkələrin Avstraliya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Yaponiya, Niderland, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, İspaniya, İsveç, Tayvan və Böyük Britaniya olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda yaxın müttəfiqlərə daxil olmayan və təsdiq olunmuş son istifadəçi statusuna malik olmayan qurumların ölkə başına 50 min qabaqcıl GPU həcmində bərabər miqdarda alım edə biləcəyi ifadə edilib.

Qeyd olunan qayda dərc edilməsindən 120 gün sonra qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram