Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin yanvar ayının ilk həftəsində ABŞ-dan neft ixracının həcmi kəskin şəkildə azalıb.
Banco.az xəbər verir ki, ixrac həcmi 2021-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enərək gündəlik 2,1 milyon barrelə düşüb. Eyni zamanda, ötən ilin dekabr ayının sonunda bu göstərici sutkada 4,2 milyon barel səviyyəsində olub.
Bununla yanaşı, cari ayın əvvəlində ABŞ-a xammal idxalının həcmində artım qeydə alınıb. Beləliklə, ilin ilk həftəsində müvafiq səviyyə gündəlik 0,64 milyon barel artaraq 6,35 milyona çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!