Müəllif: Tamara Mustafayeva, Banco.az
May ayında ABŞ-da tikinti xərcləri artım proqnozlarının əksinə olaraq 0,1 faiz azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi may ayı üzrə tikinti xərcləri məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə mövsüm təsirlərindən kənarlaşdırılmış tikinti xərcləri may ayında əvvəlki aya görə 0,1 faiz azalaraq 2 trilyon 139,8 milyard dollara düşüb. Bu dövrdə tikinti xərcləri illik müqayisədə isə 6,4 faiz artıb.
Tikinti xərcləri üçün bazar proqnozları bu dövrdə 0,3 faiz artım istiqamətində idi.
May ayında dövlət tikinti xərcləri 0,5 faiz artarkən, özəl sektorun tikinti xərcləri 0,3 faiz azalıb.
Qeyd edək ki, tikinti xərcləri aprel ayında 0,3 faiz artaraq 2 trilyon 142,1 milyard dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!