ABŞ-da ticarət kəsiri proqnozlardan çox artıb | Banco.az

ABŞ-da ticarət kəsiri proqnozlardan çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət kəsiri sentyabr ayında artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatına görə, sentyabr ayı ərzində Amerikada ixracat azalarkən, idxalat artıb. Bu səbəbdən də, 72,2 milyard dollar proqnoz qoyulan ticarət kəsiri 73,3 milyard dollar olub.

Sözügedən məlumatlar göstərir ki, sentaybrda Amerikadan əvvəlki aya nəzərən 1,1 faiz daha az, yəni 258 milyard dollarlıq ixrac həyata keçirilib. Eyni dövrdə ölkəyə idxal olunan məhsulların ümumi dəyəri isə 1,5 faiz artımla 331,3 milyar dollar hesablanıb.

Ekspertlərin 72,2 milyard dollar olacağını gözlədiyi ticarət kəsiri də proqnozları üstələyərək 73,3 milyar dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ-ın Çinlə ticarət kəsiri avqustdakı 37,44 milyard dollardan sentyabrda 37,29 milyard dollara qədər azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et