Tamara Mustafayeva, Banco.az
Sentyabr ayında ABŞ-da sənaye istehsalı artaraq FED-in faiz artırmalarının tələbi azaltmasına baxmayaraq, sektorun güclü qaldığına işarə edib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, FED-in məlumatına görə, sənaye istehsalı sentyabr ayında aylıq 0,4 faiz artıb. "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu 0,1 faiz artım idi.
Tutumlardan istifadə 80,1 faizdən 80,3 faizə yüksəlib.
Sentyabr ayında emal sənayesində istehsal 0,4 faiz artıb ki, proqnoz 0,3 faiz artım idi. Beləliklə, emal sənayesi istehsalı üçüncü ayda da artmağa davam edib. Bu, güclü biznes investisiyalarının və istehlakçı tələbinin istehsal sektorunu gücləndirdiyini göstərir.
Bununla belə, iqtisadiyyatın pisləşdiyinə dair narahatlıqlar və istehlakçıların xərcləmək istəməməsi fonunda gələcək aylarda istehsal sektorunun yavaşlaması gözlənilir. Dolların güclənməsi və qlobal iqtisadi mənzərənin pisləşməsi ilə xarici tələbat da təzyiq altındadır.
Bizi sosial şəbəkələrdən izləyin!!