Müəllif - Aida İsaq, Banco.az
ABŞ-da iri investisiya banklarının iflasa uğramasından sonra regional banklar üçün də maliyyə çətinliklərinin yaranacağı gözlənilir.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat paylaşıb. Mütəxəssislərin fikrincə, bu kommersiya daşınmaz əmlakı üzrə ümumilikdə 1,5 trilyon dollarlıq əhəmiyyətli kredit borcu ilə bağlıdır. Agentliyin məlumatına görə, 2025-ci ilin sonuna qədər ABŞ-da təxminən 1,5 trilyon dollarlıq kommersiya daşınmaz əmlakı geri alınmalıdır. Bunun fonunda ölkədə ofis və pərakəndə daşınmaz əmlakın qiyməti 40 faiz azala bilər. Bu da iqtisadiyyatın bu sektorunda iştirak edən yerli şirkətlərin potensial defolt riskini artırır.
Bizi sosial şəbəkələrdən izləyin!!