ABŞ-da prezident seçkiləri bitkoinin qiymətinə mənfi təsir edib | Banco.az

ABŞ-da prezident seçkiləri bitkoinin qiymətinə mənfi təsir edib

Bu gün - ABŞ-da prezident seçkiləri günü ən geniş istifadə olunan kriptovalyuta olan bitkoinin qiyməti azalmağa başlayıb.

Bütövlükdə bitkoin 1,57 faiz ucuzlaşaraq 13 466 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan “Binanmce”də isə hətta 2,06 faiz ucuzlaşaraq 13 442 ABŞ dollarından satılıb. Qeyd edək ki, kriptovalyuta bazarının 64 faizi bitkoinin payına düşür.

Xatırladaq ki, 3 noyabr tarixində keçirilən seçkilərdə hazırkı dövlət başçısı, Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp və Demokratlar Partiyasının namizədi, keçmiş vitse-prezident Co Bayden mübarizə aparır.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram