ABŞ-da özəl sektorda işləyənlərin sayı proqnozlara uyğun gəlməyib | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

May ayında ABŞ-da özəl sektor üzrə məşğulluq səviyyəsi gözləniləndən aşağı olub.

Banco.az xəbər verir ki, ADP Tədqiqat İnstitutu tərəfindən Stenford Rəqəmsal İqtisadiyyat Laboratoriyası ilə birgə hazırlanmış may ayı üzrə milli məşğulluq hesabatı dərc olunub. 

Hesabata görə, ötən ay ABŞ-da özəl sektorda işləyənlərin sayı 152 min nəfər artıb. İqtisadçılar isə bu dövrdə 175 min nəfərlik artım gözləyirdilər.

ADP-nin baş iqtisadçısı Nela Riçardson, "İş qazancları və əmək haqqı artımı ilin ikinci yarısına doğru yavaşlayır", deyə açıqlama verib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et