ABŞ-da özəl sektorda işləyənlərin sayı artıb | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor üzrə məşğulluğun artım tempi ötən ay da davam edib.

Banco.az xəbər verir ki, ADP Tədqiqat İnstitutunun məlumatına görə, oktyabr ayında ölkədə özəl sektorda çalışanların sayı 239 min nəfər artıb. 

Ekspertlər isə 185 min artım proqnozlaşdırmışdılar.

Cümə günü açıqlanacaq kənd təsərrüfatının istisna edildiyi məşğulluq məlumatlarının 196 min artacağı və işsizlik nisbətinin 3,5 faizdən 3,6 faizə yüksələcəyi gözlənilir.

Qeyd edək ki, FED-in inflyasiyanı cilovlamaq üçün faiz artımına bugünkü iclasında da davam edəcəyi və faiz dərəcələrini arıdıcl dördüncü dəfə 75 baza bəndi artıracağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et