ABŞ-da neft qazma qurğularının sayı azalıb | Banco.az

ABŞ-da neft qazma qurğularının sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu həftə ABŞ-da neft qazma qurğularının sayı 2 ədəd azalıb.

Banco.az xəbər verir ki, Beyker Hyuz neft sahəsi xidmətləri şirkətinin həftəlik məlumatları yayımlayıb.

Buna görə, ölkədəki neft qazma qurğularının sayı 21-28 fevral tarixlərində əvvəlki həftə ilə müqayisədə 2 vahid azalaraq 486-ya düşüb.

ABŞ-dakı neft qazma qurğularının sayı son bir il ərzində isə 20 vahid azalıb.

Cümə axşamını 73,57 dollardan bağlayan Brent markalı neftin bir barelinin qiyməti cümə günü 72,81 dollar səviyyəsində tamamlanıb.

Qərbi Texas (WTI) tipli xam neftin bir barelinin qiyməti cümə gününü 69,76 dollar səviyyəsində başa vurub. WTI tipli xam neftin bareli cümə axşamını isə 70,35 dollar səviyyəsində tamamlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram