ABŞ-da məşğulluq proqnozlardan aşağı olub | Banco.az

ABŞ-da məşğulluq proqnozlardan aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq avqust ayında 142 min nəfər artıb.

Banco.az xəbər verir ki, FED-in monetar siyasəti üçün kritik əhəmiyyət kəsb edən kənd təsərrüfatından kənar məşğulluq məlumatları açıqlanıb.

Məlumatlar göstərir ki, ölkədə kənd təsərrüfatından kənar sektorlardakı məşğulluq avqust ayında 142 min nəfər artıb. Ekspertlər 165 min artım gözləyirdilər.

ABŞ-da işsizlik səviyyəsi isə avqustda 0,1 bənd azalaraq 4,2 faiz təşkil edib. Bazar proqnozları da məhz bu istiqamətdə idi. İyulda işsizlik səviyyəsi 4,3 faiz təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə proqnozlara uyğun olaraq orta həftəlik iş saatı isə 34,3 olaraq açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et