Tamara Mustafayeva, Banco.az
ABŞ-da məşğulluq göstəricisi 7 ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-da özəl sektor üzrə məşğulluq aprel ayında ötən 7 ayın ən yüksək həddinə yüksəlib. Bu yüksəlişin əsas səbəbi isə vaksinasiya tədbirləri və müəssisələrin yenidən fəaliyyətə başlaması hesab edilir.
ADP Araşdırma İnstitutunun yaydığı məlumata görə, özəl firmalarda işə girənlərin sayı mart ayında 565 min, aprel ayında isə 742 min artım göstərib.
Qeyd edək ki, iqtisadçılar karantin rejiminin yumşaldılması və sağlamlıqla bağlı narahatlıqların azalması fonunda məşğulluq səviyyəsinin artmağa davam edəcəyini proqnozlaşdırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!