ABŞ-da məşğulluq göstəricisi proqnozlara uyğun gəlməyib | Banco.az

ABŞ-da məşğulluq göstəricisi proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq proqnozlardan aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ-da oktyabr ayı üzrə kənd təsərrüfatından kənar məşğulluq məlumatları dərc olunub.

Məlumatlar göstərir ki, ölkədə kənd təsərrüfatından kənar məşğulluq oktyabr ayında 150 min nəfər artıb.

Sözügedən dövrdə işsizlik nisbəti isə 3,9 faiz artıb.

Aylıq saatlıq qazancda 0,2 faiz artım olduğu halda, bu göstəricidə illik artım 4,1 faiz hesablanıb.

Qeyd edək ki, iqtisadçıların proqnozu məşğulluq artımının 180 min olacağı istiqamətində idi. Bu dövrdə işsizliyin isə 3,8 faiz səviyyəsində qalacağı güman edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et