Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ötən ay kənd təsərrüfatındankənar məşğulluq 263 min artımla proqnozları üstələyib.
Banco.az xəbər verir ki, bazarların yaxından izlədiyi ABŞ məşğulluq məlumatları açıqlanıb.
Buna görə, ABŞ-da kənd təsərrüfatından kənar məşğulluq noyabr ayında 200 minlik proqnozlara qarşı 263 min artım göstərib.
Oktyabr ayında 3,7 faiz olan işsizlik nisbəti isə dəyişməz qalıb.
Qeyd edək ki, noyabrda orta saatlıq əmək haqqı da 0,6 faiz artıb. Proqnozlar isə 0,3% artım istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!