Müəllif: Mehin Qasımova /Banco.az
ABŞ-ın ən böyük səhiyyə təşkilatlarından biri olan Kaiser Permanente-nin 75 mindən çox işçisi pis iş şəraitinə görə tətilə çıxıb.
Banco.az xəbər verir ki, bu barədə Haber Global xəbər verib.
Verilən açıqlamada, ABŞ tarixində səhiyyə işçilərinin ən böyük tətili olduğu bildirilib.
Qeyri-kommersiya fondu statusuna malik olan səhiyyə müəssisəsinin işçiləri yaşayış bahalığına qarşı maaşların artırılması və işçilərin sayının artırılması kimi əsas hüquqların tələblərini dilə gətiriblər.
Vaşinqton, Kaliforniya, Virciniya, Oreqon və Kolorado kimi əyalətləri əhatə edən işin dayandırılmasının məqsədi, təxminən 13 milyon xəstə tutumuna malik olan Kayzeri həmkarlar ittifaqı ilə masa arxasında oturmağa razı salmaqdır.
Qeyd edək ki, ABŞ-da Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının 25 mindən çox üzvünün tətili Ford Motor, General Motors və Stellantis şirkətlərinə qarşı hələ də davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!