ABŞ-da istifadə edilmiş mənzillərin satışı azalmaqda davam edir | Banco.az

ABŞ-da istifadə edilmiş mənzillərin satışı azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istifadə edilmiş evlərin satışı yanvarda aylıq 0,7 faiz azalaraq 2010-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) yanvar ayı üzrə ikinci əl mənzillərin satış məlumatlarını açıqlayıb.

Buna görə, ölkədə istifadə edilmiş, ikinci əl mənzillərin satışı yanvar ayında mövsümi təsirlərdən təmizlənmiş şəkildə aylıq 0,7 faiz azalaraq 4 milyon olub.

Ardıcıl 12 aydır ki, azalan satışların 4,1 milyon səviyyəsində reallaşacağı proqnozlaşdırılırdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən dövrdə satışlar ötən ilin eyni ayına görə isə 36,9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et