ABŞ-da istifadə edilmiş mənzillərin satışı 5 ayın ən aşağı həddinə çatıb | Banco.az

ABŞ-da istifadə edilmiş mənzillərin satışı 5 ayın ən aşağı həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da istifadə edilmiş (ikinci əl) mənzillərin satışı aylıq 3,3 faiz azalaraq 5 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) iyun ayı üzrə ikinci əl mənzillərin satış məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, ölkədə ikinci əl mənzillərin satışı mövsüm təsirlərindən və aylıq əsasda 3,3 faiz azalaraq 4,16 milyon hesablanıb.

Yanvar ayından bəri ən aşağı səviyyəyə düşən satış göstəricisinin bu dövrdə 4,20 milyon səviyyəsində reallaşması proqnozlaşdırılmışdı. May ayında ikinci əl mənzillərin satışı 0,2 faiz artımla 4,30 milyona çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə ikinci əl mənzillərin satışı illik əsasda isə 18,9 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et