ABŞ-da istehsalçı qiymətləri kəskin azalıb | Banco.az

ABŞ-da istehsalçı qiymətləri kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da İstehsalçı Qiymətləri İndeksi (PPI) dekabr ayında pandemiyadan bəri ən böyük enişi qeyd edib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, PPI aylıq 0,5 faiz azalıb. Bu, 2020-ci ilin aprelindən bu yana ən böyük eniş olub. 

İndeks illik müqayisədə isə 6,2 faiz artıb.

Enerji və ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması istehsalçı inflyasiyasının azalmasına səbəb olub.

Qeyd edək ki, dünən açıqlanan məlumatlara görə, ölkədə pərakəndə satışlar dekabr ayında 1,1 faiz azalaraq 0,9 faizlik proqnozu üstələyib. Yanacaq və avtomobil istisna olmaqla, satış həcmi isə 0,7 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram