Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehsalçı qiymətləri indeksi istehlak qiymətləri indeksindən sonra dərc edilib.
Banco.az xəbər verir ki, ABŞ-da istehlakçı inflyasiyasından sonra istehsalçı inflyasiyası da bazar proqnozlarından aşağı göstəricilərlə qeydə alınıb.
Buna görə, fevral ayında ölkədə istehsalçı qiymətləri aylıq əsasda dəyişməyib. "Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar isə bu artımın 0,3% olacağını gözləyirdilər.
Əsas göstərici də aylıq 0,2% artımla 0,3%-lük proqnozlardan aşağı reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!