ABŞ-da istehlak kreditləri proqnozlardan az artım göstərib | Banco.az

ABŞ-da istehlak kreditləri proqnozlardan az artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyun ayında ABŞ-da istehlak kreditləri proqnozlardan az artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) iyun ayı üzrə istehlak kreditləri məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə istehlak kreditləri iyun ayında əvvəlki aya nəzərən 8,9 milyard dollar artaraq 5,1 trilyon dollar həcmə çatıb. Bazar proqnozları 9,8 milyard dollar artım səviyyəsində idi.

İstehlak kreditləri may ayında 14 milyard dollar artmışdı.

Sözügedən dövrdə kredit kartı və oxşar kreditlər aylıq müqayisədə təxminən 1,7 milyard dollar azalıb, ev, avtomobil və tələbə kreditləri kimi dövri olmayan kreditlər isə 10,6 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyun ayında istehlak kreditlərinin illik artımı isə 2,1 faiz təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et