Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizliklə bağlı müraciətlərin sayı son 11 ayın ən yüksək həddinə çatıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 27 iyulda başa çatan həftədə əvvəlki həftəyə görə 14 min nəfər artaraq 249 minə çatıb.
"Bloomberg" nəşrinin iqtisadçıları ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayının 236 min olacağını proqnozlaşdırmışdılar.
4 həftəlik işsizlik müavinəti müraciətlərinin sayı isə ortalama 2 min 500 nəfər artaraq 238 minə yüksəlib.
Analitiklər digər əsas göstəricilərlə birlikdə işsizlik müavinəti müraciətlərindəki artımın əmək bazarında yumşalmanın davam etdiyini göstərdiyini və bunun ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında uçot dərəcəsini azalda biləcəyi proqnozlarını gücləndirdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!