Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı gözləniləndən çox artıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 25 mayda başa çatan həftədə əvvəlki həftəyə görə 4 min nəfər artaraq 219 minə çatıb.
Bazar proqnozları müraciət sayının 217 min olacağını işarə edirdi.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 18 mayda başa çatan həftədə 3 min nəfər azalaraq 1 milyon 791 minə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!