Bu ilin sentyabr ayında ABŞ-da kənd təsərrüfatı sahəsi istisna olmaqla məşğul insanların sayı 136 min nəfər artıb.
Bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu, son 4 ayın ən aşağı artımı və proqnozla müqayisədə 9 min nəfər az olub. Bununla belə, ABŞ-da işsizlik səviyyəsi bir qədər də azalıb və 3,5%-ə düşüb. Bu isə 50 illik minimumum yenilənməsi deməkdir. Belə ki, sonuncu dəfə ölkədə bu qədər aşağı işsizlik 1969-cu ildə qeydə alınıb.
Report.az