ABŞ-da işsizlik müraciətləri 19 ayın pik həddinə çatıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri 19 ayın pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər ötən 19 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Bu məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 6 may tarixində başa çatan həftə ərzində əvvəlki həftəyə nəzərən 22 min nəfər artaraq 264 minə çatıb. 

Bazar proqnozlarını geridə qoyaraq 2021-ci ilin oktyabr ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatan işsizlik müraciətlərinin bu müddətdə 245 min səviyyəsində reallaşacağı gözlənilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Davam edən müraciətlər isə 29 apreldə başa çatan həftə müddətində 12 min nəfər artaraq 1 milyon 813 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et