Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı Helene və Milton qasırğalarından əvvəlki səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 19 oktyabrda başa çatan həftədə 15 min azalaraq 227 minə geriləyib.
Bazar proqnozları işsizlik müavinəti müraciətlərinin sayının 242 min olacağı istiqamətində idi.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı 12 oktyabrda sona çatan həftədə 28 min nəfər artaraq 1 milyon 897 minə çatıb ki, bu da son üç ilin ən yüksək göstəricisi olub.
Bizi sosial şəbəkələrdən izləyin!!