Müəllif - Eldar Kərimov - Banco.az
ABŞ-da uzunmüddətli ipotekaya kreditlər üzrə orta faiz dərəcələri keçən həftə 5 baza bəndi azalaraq ilin əvvəlindən bəri ən aşağı səviyyəyə enib.
İpoteka Bankirları Assosiasiyasının (MBA) bildirdiyinə görə, 21 fevralda başa çatan həftədə 766,55 min dollaradək məbləğdə ev almaq üçün 30 illik kreditlər üzrə orta illik faiz dərəcəsi 6,88%-ə düşüb. Bu, əvvəlki həftədəki 6,93%-lə müqayisədə azalmadır.
Keçən həftə ABŞ-da ipotekaya kreditlərə müraciətlərin sayı 1,2% azalıb, bu, əvvəlki həftədəki 6,6%-lik düşüşdən sonra baş verib.
Mövcud ipotekanın refinanslaşdırılması üçün müraciətlərin sayı 4% azalıb, yeni ev alışı üçün müraciətlərin sayı isə dəyişməyib. 14 fevralda başa çatan həftədə bu göstəricilər müvafiq olaraq 7% və 6% düşmüşdü.