ABŞ-da ipoteka | Banco.az

ABŞ-da ipoteka

ABŞ-da ipoteka kreditinin orta qiyməti bir sıra faktorlardan asılı olaraq dəyişsə də, təxminən illik 3,5-7% təşkil edir. Əgər kredit üçün müraciət edən şəxs əcnəbi vətəndaşdırsa, onda faiz dərəcəsi bir neçə faiz daha yüksək ola bilər, məqsəd isə yaranmış riski nəzərə almaqdır,

Qeyd etmək lazımdır ki, bu ölkədə faizlərin iki növü vardır: dəyişən (“üzən faizlər”) və sabit faizlər. Üzən faizlər bir neçə ildən bir dəyişə bilər, sabit faizlər isə bütün borclanma dövründə eyni və dəyişməz olaraq qalır. ”Üzən” faizlərlə kreditlər daha ucuz, lakin daha risklidir, nəinki sabit faizli kreditlər. Borc alınan vəsaitin orta miqdarı isə təxminən 100 min dollardır.

ABŞ-da əksər ştatlarda 4-5 otaqlı mənzili 60-150 min dollara almaq mümkündür. İpoteka ilə ev alınarkən müqavilələr adətən 5-30 ilə rəsmiləşdirilir.

Amerikada da ev aldıqda ilkin ödəniş etmək tələb olunur və adətən bu məbləğ  evin dəyərinin 30-50% arasında dəyişir. Bəzi hallarda ilkin ödənişsiz də ev almaq imkanı olur, amma bu verilən kreditin qiymətini daha bahalı edir.
İpotekanı rəsmiləşdirmək üçün bu sənədlər tələb olunur:

  • ·        Pasport (və ya şəxsiyyəti təsdiq edən sənət, kart, sürücülük vəsiqəsi)
  • ·        Gəlirlər haqqında arayış;
  • ·        Kredit tarixçəsi;
  • ·        İki ildən daha çox müddətdə əməkdaşlıq etdiyiniz banklardan müsbət səciyyəli zəmanət (tövsiyə) məktubu;
  • ·        Kredit üzrə illik ödənişləri yerinə yetirmək üçün kifayət edəcək qədər məbləğin hesabda olması ilə bağlı, hesabdan çıxarış;
  • ·        Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə;

Bu siyahı birmənalı deyil, çünki hər bir ipoteka krediti fərdi qaydada rəsmiləşdirilir. Bütün sənədlər ingilis dilinə tərcümə edilməlidir. Kredit üçün müraciətə 30 gün ərzində baxılır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin əcnəbi vətəndaş ABŞ-da mənzil almaq üçün evin qiymətləndirməsinə də 500 dollara qədər vəsait sərf etməli olacaq. Banka təqdim olunan sənədlərin hazırlanması 400 dollara yaxın xərciniz çıxacaq. Sığorta xərcləri evin dəyərinin 1-2%-i həcmində olacaq.

Həmçinin aldığınız evin vəziyyəti və şəraiti də yoxlanıla bilər, bu mütləq olmasa da, vacib prosedura hesab olunur. 250-500 dollara evin monitorinqi həyata keçirilir ki, bu da mənzildəki bütün qüsurları aşkarlamaq imkanı verir. İpoteka aldıqda, sizin aylıq ödənişlərinizin həcmi  700 dollardan 1000 dollara qədər ola bilər. Həmçinin aylıq ödəməli olduğunuz kommunal ödənişləri də yaddan çıxarmayın.

İpotekanı istənilən an, daha sərfəli şərtləri olan yeni bir borcla yenidən maliyyələşdirmək olar.

ABŞ-da ev almaq qərarına gəlsəniz, onun Azərbaycandan nə qədər uzaq olduğunu da yaddan çıxarmayın.

Viza almaq, yol xərcləri və digər rəsmi xərclər sizə bir neçə min dollara başa gələ bilər. Yalnız ölkəni uzunmüddətli tərk etmək və miqrasiya etmək istədikdə belə bir yükün altına girməyə dəyər. Həmçinin əmlakı alıb, uzunmüddətli kirayəyə vermək də olar.

Ən sərfəli krediti almaq üçün müraciət et