ABŞ-da inflyasiya gözləniləndən aşağı olub | Banco.az

ABŞ-da inflyasiya gözləniləndən aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da inflyasiya proqnozlara uyğun gəlməyib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi aprel ayı üzrə istehlak qiymətləri məlumatlarını (CPI) açıqlayıb.

Məlumatlara görə, amerikalı istehlakçıların yaşayış dəyəri aprel ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Ekspertlər bu dövrdə 0,4 artım gözləyirdilər.

Sözügedən indeks apreldə illik əsasda isə 3,4 faiz artıb. Bu, proqnozlarla uyğunluq təşkil edib.

Xatırladaq ki, ABŞ-da mart ayında inflyasiya aylıq 0,4 faiz, illik isə 3,5 faiz təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə dəyişən enerji və ərzaq qiymətlərini nəzərə almayan baza CPI da aprel ayında aylıq 0,3 faiz, illik 3,6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et