ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-da inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da fevral ayı üzrə istehlak qiymətləri indeksi (CPI) proqnozlara uyğun gəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, ölkədə illik inflyasiya fevral ayında 6,4 faizdən 6 faizə düşüb.

Aylıq əsasda inflyasiya 0,4 faiz təşkil edib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar da inflyasiyanın aylıq 0,4 faiz, illik isə 6 faiz artacağını gözləyirdilər.

Baza inflyasiyası da aylıq 0,4 faizdən 0,5 faizə yüksəlib, illik 5,6 faizdən 5,5 faizə düşüb. Gözləntilər aylıq müqayisədə 0.4% artım idi. 

Qeyd edək ki, aylıq olaraq müşahidə edilən artım hazırda bank sektoru böhranı ilə üzləşən ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı üçün çətinlik yarada bilər. Belə ki, açıqlanan rəqəmlər FED-in inflyasiya ilə mübarizəsinin asan keçməyəcəyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et