ABŞ-da inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-da inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da inflyasiyanın tempi zəifləyib ki, bu da FED-in faiz artımına fasilə verməsi üçün zəmin yaradır.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin bu gün açıqladığı məlumatlara görə, may ayında ölkədə yanacaq qiymətlərinin ucuzlaşması səbəbindən istehlak qiymətləri aylıq cəmi 0,1 faiz artıb. Əvvəlki ay artım 0,4 faiz idi.

İllik inflyasiya isə 4,9%-dən 4%-ə düşüb ki, bu da 2021-ci ilin martından bəri qeydə alınan ən aşağı səviyyədir.

İqtisadçıların proqnozu aylıq 0,1 faiz, illik isə 4,1 faiz artım olacağına işarə edirdi.

Qeyd edək ki, Fed-in yaxından izlədiyi baza inflyasiyası da proqnozlara uyğun olaraq aylıq 0,4 faiz artaraq üçüncü ayda da artım tempini davam etdirib. İllik isə 5,5 faizdən 5,3 faizə geriləyib ki, proqnozlar 5,2 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram