ABŞ-da indekslər rekordla bağlandı | Banco.az

ABŞ-da indekslər rekordla bağlandı

Nyu-York birjasında indekslər birinci rübdə şirkətlərin daha yüksək mənfəət açıqlamaları və ABŞ-da müsbət makro- iqtisadi məlumatlardan dəstək alaraq həftəyə rekordla başlayıb.

"Dow Jones" indeksi 0,04% artımla 26554,39 bənd, S&P indeksi  0,11% artımla 2943,03 bənd və Nasdaq indeksi 0,19%  artımla 8161,85 bənd səviyyəsindən bağlanıb. 

Bu həftə ABŞ Mərkəzi Bankı faiz qərarını açıqlayacaqdır. 

ABŞ Xəzinə naziri Steven Mnuchin Çin ilə davam edən ticarət müzakirələrində razılaşmağa "çox yaxın" olduqlarını ibildirib.

Ən sərfəli kredit üçün müraciət et

S&P 500 şirkətlərinin təxminən 80%-inin proqnozlardan yüksək mənfəət açıqlamaları Birjada "rallini" dəstəkləyib.  

Həmçinin ABŞ-da istehlakçı xərclələri Mart ayında təxminən 10 ilin ən böyük artımını qeyd edib. Fərdi gəlirlər Martda 0.1% artaraq proqnozdan aşağı qalsa da, xərclər isə 0.9% artaraq proqnozu aşıb. 

Marja