ABŞ-da ikinci əl mənzillərin satışı kəskin azalıb | Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı 2010-cu ildən bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) 2022-ci ilin dekabr ayı üzrə ikinci əl ev satış məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, ölkədə ikinci əl evlərin satışı ötən ilin sonuncu ayında mövsümi təsirlərdən kənarlaşdırılmış formada aylıq 1,5 faiz azalaraq 4,02 milyona düşüb.

Ardıcıl 11-ci ayında da azalan satışların 3,96 milyon qeydə alınması proqnozlaşdırılmışdı.

Dekabr ayında ölkədə ikinci əl mənzil satışları əvvəlki ilin eyni ayına görə isə 34 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, satışların azalmasında yüksək ipoteka (ev krediti) faiz dərəcələrinin təsiri hiss olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et