ABŞ-da ikinci əl mənzillərin satışı gözlənilən nəticəni verməyib | Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı gözlənilən nəticəni verməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) aprel ayı üzrə istifadə edilmiş (ikinci əl) mənzillərin satış məlumatlarını açıqlayıb.

Bu məlumatlara görə, ölkədə aprel ayında ikinci əl mənzillərin satışı mövsümi təsirlərdən kənarlaşdırılmış şəkildə aylıq 3,4 faiz azalaraq 4,28 milyon hesablanıb. İqtisadçılar isə bu rəqəmin 4,3 milyon olacağını gözləyirdilər.

Xatırladaq ki, mart ayında ABŞ-da ikinci əl mənzil satışları 2,6 faiz azalaraq 4,43 milyon olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et