ABŞ-da ikinci əl mənzillərin alışı azalıb | Banco.az

ABŞ-da ikinci əl mənzillərin alışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzil satışları yüksək ipoteka faizləri səbəbindən mart ayında 5,9 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-da ikinci əl mənzil satışları mart ayında aylıq 5,9% azalaraq 4,02 milyon səviyyəsinə geriləyib. Bazar proqnozları bu göstəricinin 4,14 milyon olacağı istiqamətində idi. Bu, fevral ayında qeydə alınan 4,27 milyonluq artımdan sonra ilk ciddi eniş olub.

İllik müqayisədə də satışlar 2,4% azalıb. Buna baxmayaraq, medyan mənzil qiyməti 2,7% artaraq 403 700 dollara çatıb və bu, mart ayları üçün rekord göstərici olub. Beləliklə, ABŞ-da ikinci əl mənzil qiymətləri artıq ardıcıl 21 aydır ki, illik əsasda artır.

Milli Rieltorlar Assosiasiyasının baş iqtisadçısı Laurens Yun bu durğunluğun əsas səbəbi kimi yüksək ipoteka faizlərini göstərib və bildirib ki, bu, alıcılar üçün mənzil əldə etməyi çətinləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram