ABŞ-da ikinci əl mənzil satışı bu il ikinci dəfə artıb | Banco.az

ABŞ-da ikinci əl mənzil satışı bu il ikinci dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzil satışı bu il ikinci dəfə artıb.

Banco.az xəbər verir ki, ABŞ Milli Rieltorlar Assosiasiyasının (NAR) məlumatlarına görə, may ayında ev satışları illik müqayisədə 0,8% artaraq 4,03 milyon təşkil edib. Bu göstərici 2009-cu ildən bəri ən zəif may ayı performansı olub. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə 3,95 milyon idi. Aprel ayında isə ikinci əl ev satışları 0,5% azalaraq 4 milyon səviyyəsində qeydə alınmışdı.

Satışlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 0,7% azalıb.

Tarixi olaraq ümumi mənzil satışlarının təxminən 90%-ni təşkil edən ikinci əl mənzil bazarının, maliyyələşdirmə xərclərində azalma və ya qiymətlərdə eniş baş vermədiyi təqdirdə yaxın gələcəkdə durğunlaşacağı proqnozlaşdırılır.

NAR-ın baş iqtisadçısı Lourens Yun verdiyi açıqlamada bildirib: "Nisbətən durğun satışlar əsasən yüksək ipoteka faizləri ilə əlaqədardır."

NAR-ın məlumatlarına görə, ötən ay orta satış qiyməti bir il əvvəlki dövrə nisbətən 1,3% artaraq 422 min 800 dollara çatıb. Qiymətlər son beş ildə, pandemiyanın başlanğıcından bu yana ümumilikdə 51% artıb.

Bölgələr üzrə baxıldıqda, ABŞ-ın cənub bölgəsində ikinci əl mənzil satışları illik əsasda 1,7% artaraq 1,84 milyon səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram