ABŞ-da fabrik-zavod sifarişləri gözləniləndən çox artıb | Banco.az

ABŞ-da fabrik-zavod sifarişləri gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da fabrik-zavod sifarişləri iyun ayı ərzində gözləniləndən çox artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyun ayı üzrə fabrik-zavod sifarişlərinə dair məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə iyun ayı ərzində fabrik və zavod sifarişləri əvvəlki ayla müqayisədə 2,3 faiz artaraq 2021-ci ilin yanvar ayından bəri ən yüksək artımı qeyd edib.

Ekspertlər sifarişlərin bu dövrdə 2,2 faiz artmasını gözləyirdilər. May ayında bu kateqoriyada artım 0,4 faiz idi.

Məlumat üçün qeyd edək ki, fabrik və zavod sifarişləri ABŞ iqtisadiyyatında mühüm rol oynayan sənaye sektorunun yaxın gələcək perspektivlərinə işıq tutması baxımından əhəmiyyət daşıyır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram