Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ev təsərrüfatlarının borcu 17,8 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi tərəfindən hazırlanan 2024-cü ilin ikinci rübü üzrə Ev Təsərrüfatlarının Borcu və Kredit Hesabatı dərc edilib.
Hesabata görə, amerikalıların ev təsərrüfatları borcu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 0,6 faiz artaraq 17,8 trilyon dollara çatıb. İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə 109 milyard dollar artan ev təsərrüfatlarının borcu illik müqayisədə isə 733 milyard dollar artıb.
Qeyd edilir ki, ipoteka kreditləri amerikalıların ev təsərrüfatı borclarında ən böyük paya sahib olmaqda davam edir. Belə ki, sözügedən borc maddəsi ikinci rübdə 12,51 trilyon dollara yüksəlib.
İlin ikinci rübündə əvvəlki rüblə müqayisədə 77 milyard dollar artan mənzil krediti borcu illik 505 milyard dollar artıb.
Bu dövrdə amerikalıların ən çox borc götürdüyü digər sahələr 1,62 trilyon dollarla avtomobil kreditləri, 1,58 trilyon dollarla tələbə kreditləri və 1,14 trilyon dollarlıq kredit kartları olub.
Bizi sosial şəbəkələrdən izləyin!!