ABŞ-da ən çox maaş alan şirkət rəhbərləri kimlərdir? | Banco.az

ABŞ-da ən çox maaş alan şirkət rəhbərləri kimlərdir?

“The Wall Street Journal” 2021-ci ildə ən çox əmək haqqı alan şirkət rəhbərlərinin (CEO) reytinqini dərc edib. Jurnal ən iri 400 ABŞ şirkətləri üzrə məlumatları təhlil edərək baş direktorların maaşlarının son 1 il ərzində 12% artdığını qeyd edib. 2021-ci ildə şirkət rəhbərlərinin orta əmək haqqı (bonuslar və digər pul ödənişləri ilə birlikdə) 4,1 milyon dollar olub. 2021-ci ildə ABŞ-da ən çox maaş alan baş direktor “Expedia Group Travel” şirkətinin rəhbəri Peter M. Kern olub. O, 2021-ci ildə 296 milyon dollar əmək haqqı alıb. Peter M. Kern bu məbləğin 1,68 milyon dollarını nağd, qalanını isə qiymətli kağızlar formasında alıb.

“Top 5”-də yer almış CEO-lar: David M. Zaslav – 246 mln dollar (Warner Bros. Discovery), William R. McDermott – 165 mln dollar (ServiceNow), Tim D. Cook – 98 mln dollar (Apple), James Dimon – 84 mln dollar (JPMorgan Chase).

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram