ABŞ-da baza inflyasiyası gözləniləndən yüksək olub | Banco.az

ABŞ-da baza inflyasiyası gözləniləndən yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da baza inflyasiyası ikinci aydır ki, proqnozları üstələyib.

Banco.az xəbər verir ki, fevral ayında ABŞ-da inflyasiya aylıq 0,4 faiz, illik 3,2 faiz təşkil edib.

Analitiklər isə inflyasiyanın aylıq 0,4 faiz, illik də 3,1 faiz olacağını gözləyirdilər.

Sözügedən dövrdə enerji və ərzaq qiymətləri nəzərə alınmayan baza inflyasiyası aylıq 0,3 faizlik proqnozlara qarşı 0,4 faiz, illik 3,7 proqnozlara qarşı 3,8 faiz təşkil edib.

İnflyasiyanın aylıq artımında mənzil qiymətlərindəki bahalaşma əsas faktor olub. Belə ki, ölkədə mənzil indeksi fevral ayında aylıq 0,4 faiz, illik isə 5,7 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ölkədə benzinin qiyməti isə fevralda aylıq 3,8 faiz artıb, illik 3,9 faiz ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram