ABŞ-da 2024-cü ildə 101 xarici şirkətin IPO-su baş tutub | Banco.az

ABŞ-da 2024-cü ildə 101 xarici şirkətin IPO-su baş tutub

Müəllif - Eldar Kərimov - Banco.az

Avropa və Asiya şirkətləri yaxın zamanda ABŞ fond bazarına axın edə bilər. Onları yüksək qiymətləndirmə və yaxşı likvidlik cəlb edir, bu da onları öz ölkələrinin bazarlarını tərk etməyə sövq edir, – deyə Bloomberg xəbər verir.

ABŞ-dan kənarda yerləşən şirkətlər, ümumi 130 milyard dollar dəyərində – İsveçin onlayn ödəniş xidməti Klarna, Britaniyanın icarə avadanlıqları təchizatçısı AshteadÇinin çay istehsalçısı Sexy Tea da daxil olmaqla, Nyu-York birjasında IPO keçirməyi və ya mövcud listinqlərini ABŞ-a köçürməyi planlaşdırır.

Böyük qlobal xammal ticarəti şirkətlərindən biri olan Glencore Plc də bu trendə qoşulub. Şirkət 19 fevralda London birjasındakı ilkin listinqini ABŞ-a köçürmək imkanlarını nəzərdən keçirdiyini açıqlayıb.

"ABŞ hazırda ən dərin və ən likvid bazardır", – deyə Stifel Financial Corp.-un qlobal bazarlar üzrə rəhbəri Seth Rubin bildirib.

2024-cü ildə ABŞ-da IPO-ların yarısından çoxu xarici şirkətlərə aid olub

EY (Ernst & Young) konsaltinq şirkətinin məlumatına görə, 2024-cü ildə ABŞ-da 101 xarici şirkət IPO keçirib. Bu, əvvəlki illə müqayisədə 51% çoxdur.

Bununla belə, bu IPO-lar həcm baxımından ABŞ-dakı ümumi ilkin yerləşdirmələrin yalnız 20%-ni təşkil edib. Bu statistikaya kapital cəlb edilməyən listinq köçürmələri daxil deyil (məsələn, Flutter Entertainment Plc-nin London birjasından Nyu-York birjasına keçidi).

"Avropalı şirkətlərin ABŞ-da IPO keçirmək marağı indiyə qədər heç vaxt bu qədər güclü olmayıb", – deyə Freshfields hüquq firmasının partnyoru David Bowles bildirib.

2024-cü ildə ABŞ-da 33 Çin şirkətinin IPO-su baş tutub və onların ümumi dəyəri 1,3 milyard dollar təşkil edibEY-nin hesablamalarına əsasən.