Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ tənzimləyiciləri milli təhlükəsizlik təhdidi səbəbindən “Huawei” və “ZTE” kimi bəzi Çin şirkətlərindən avadanlıqların alınmasına qadağa qoyub.
Banco.az xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) təhlükəsizlik təhdidlərini əsas gətirərək “Huawei”, “ZTE” və “Hytera” kimi bəzi texnoloji şirkətlərdən avadanlıqların alışını və satışını dayandırdığını açıqlayıb.
“Huawei” və “ZTE” dünyanın ən böyük telekommunikasiya avadanlığı təchizatçılarındandır. Bu yaxınlarda Kanada və Böyük Britaniya kimi bəzi ölkələr də “Huawei” və “ZTE”dən 5G texnologiyalarının istifadəsini məhdudlaşdırmışdı.
ABŞ-ın bu addımı isə uzun illərdir ki, Çin telekommunikasiya şirkətlərinin ABŞ-a çıxışını məhdudlaşdırmaq səylərinin bir hissəsi kimi qiymətləndirilir. Keçmiş prezident Barak Obamanın dövründə başlayan qadağalar Trampın dövründə daha da güclənmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!