Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Dövlət Departamenti Cənubi Koreyaya 3,5 milyard dollar dəyərində 36 ədəd "AH-64E Apache" vertolyotu və əlaqədar avadanlıqların göndərilməsini təsdiqləyib.
Banco.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi bildirib.
"Dövlət Departamenti “AH-64E Apache” helikopterlərinin, əlaqəli logistika və dəstək proqramı elementlərinin Koreya Respublikasına 3,5 milyard dollar məbləğində potensial satışını təsdiqləməyə qərar verdi", - qurumun açıqlamasında deyilir.
Agentlik ABŞ Konqresini potensial razılaşma barədə məlumatlandırıb, çünki prosedur onun təsdiqini tələb edir.
Bizi sosial şəbəkələrdən izləyin!!