ABŞ bu ölkələri ticarət proqramından çıxartdı | Banco.az

ABŞ bu ölkələri ticarət proqramından çıxartdı

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ 4 Afrika ölkəsini rüsumsuz ticarət proqramından çıxardıb.

Banco.az xəbər verir ki, ABŞ insan hüquqlarının pozulması səbəbindən Uqanda, Qabon, Niger və Mərkəzi Afrika Respublikasını rüsumsuz ticarət proqramından çıxarmaq qərarına gəlib.

ABŞ prezidenti Co Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasına ünvanladığı məktubda 4 Afrika ölkəsinin 2024-cü ilin əvvəlindən etibarən “Afrika İnkişaf və Fürsət Aktı (AGOA)”dan faydalana bilməyəcəyini bildirib.

Bayden, qərarın Uqanda, Qabon, Niger və Mərkəzi Afrika Respublikasında müşahidə edilən ciddi insan haqları pozuntuları və qanunun aliliyi, işçilərin hüquqları və plüralizm kimi sahələrdə irəliləyişin olmaması səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, AGOA proqramı bir çox Afrika ölkələrinə öz məhsullarını ABŞ-a rüsumsuz çatdırmaq imkanı verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram