ABŞ bankları böyük böhrandan bəri ən əhatəli yoxlama ilə üz-üzədir | Banco.az

ABŞ bankları böyük böhrandan bəri ən əhatəli yoxlama ilə üz-üzədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ bankları böhrandan bəri ən geniş miqyaslı auditə cəlb olunublar.

Banco.az xəbər verir ki, ABŞ-da bank tənzimləmələri gündəmdən düşmür.

İyunun sonunda Fed-in stres testindən keçən böyük banklar indi də 2008-ci il maliyyə böhranından bəri ən geniş yoxlamalarla üzləşirlər.

Son zamanlar qlobal bazarları yaxından maraqlandıran ABŞ-ın iri banklarının mümkün qarışıqlığın aradan qaldırılması üçün ayırmalı olduqları kapitalın həcminə görə yüksək həddlərlə üzləşəcəyi proqnozlaşdırılır.

Fed-in yüksək səviyyəli bank tənzimləyicisi Maykl Bar bankları öz proqnozlarına güvənməkdənsə, kredit, əməliyyat və biznes risklərini qiymətləndirmək üçün standart yanaşmadan istifadə etməyə çağırıb. O, həmçinin qeyd edib ki, Fed-in illik stress testləri bankların üzləşə biləcəyi təhlükələri daha yaxşı göstərmək üçün yenidən tənzimlənməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram